8 C
Baku
Sunday, November 17, 2024

Bakı Limanından İsveçrəyə yükdaşımalar 2.4 dəfə artıb

2022-ci ilin 11 ayında Bakı Limanı vasitəsilə İsveçrəyə ümumi yük daşımaların həcmi 142 309 ton təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 58 656 ton olub.

Bu barədə İsveçrənin yüksək səviyyəli nümayəndə heyətinin Bakı Limanına təşkil edilmiş səfərində qeyd edilib.

Məlumata görə, daşınan yüklər əsasən mineral yanacaq, sürtkü yağları və əlaqədar məhsullar, həmçinin sənaye, qida və kimya məhsulları, xammal, maşın və nəqliyyat avadanlıqları və s. olub.

Qeyd edilib ki, Asiyadan İsveçrəyə daşınan tranzit yük həcmi 2022-ci ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 143 %-ə qədər artıb.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər