9 C
Baku
Thursday, December 12, 2024

Bakı Limanının Əsas Yük Terminalının böyük hissəsi Ələtdəki limana köçürülüb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalının Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsi tam bitməyib”.

Bu barədə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının departament rəisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, terminalın böyük hissəsi köçürülüb: “Lakin hazırda Bakı Limanının köçürülməsi davam edir”.

X.Həsənli həmçinin Bakı Limanında blokçeyn texnologiyasının tətbiqi barədə də danışıb: “Blokçeyn texnologiyasının tətbiqi tam köçürülmə işi başa çatandan sonra həyata keçəcək. Bu, növbəti mərhələlərdə nəzərdə tutulub”.

Qeyd edək ki, blokçeyn texnologiyalardan istifadə əməliyyatları əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verəcək, liman isə Xəzərdə ən texnoloji limana çevriləcək.

“Bu il əməliyyatların böyük bir hissəsi Ələtdə yerləşən yeni Bakı Limanında aparılacaq”, – departament rəisi bildirib. Bundan əvvəl 2019-cu ilin I rübündən artıq bütün əməliyyatların orda həyata keçiriləcəyi qeyd edilirdi.

Xatırladaq ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının birinci fazası 12 yanalma körpüsünə malik olmaqla yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 funtluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

©Report

Son xəbərlər
Digər xəbərlər