“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı, və ya Port of Baku) 2020-ci ili 1.34 milyon manat xalis mənfəətlə başa vurub.
Banker.az QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 5 dəfə çoxdur.
2020-ci ildə Bakı Limanının əsas əməliyyat gəlirləri 20.15 mln. manat (2019-cu illə müqayisədə 8.9% artım), digər əməliyyat gəlirləri 6.9 mln. manat (3 dəfə artım), əmək haqqı və işçilərlə bağlı digər xərcləri 12.95 mln. manat (20% artım), saxlanma və təmir xərcləri 3.89 mln. manat (80% artım), köhnəlmə xərcləri 1.18 mln. manat (45% artım), sosial xərcləri 884 min manat (2% artım), kommunal xərcləri 763 min manat (18% artım), rabitə xərcləri 842 min manat (70% artım), reklam xərcləri 366 min manat (1% artım), ofis xərcləri 318 min manat (26% artım), tədqiqat xərcləri 113 min manat (46% az), ezamiyyə xərcləri 104 min manat (4 dəfə az), bank xərcləri 94 min manat (16% artım), peşəkarlıq və məsləhət xidmətləri xərcləri 64 min manat (6% az), sanitariya və ekoloji xərcləri 31 min manat (1% az), digər əməliyyat xərcləri 2.23 mln. manat (2,4 dəfə artım), faiz xərcləri 10 min manat (3,8 dəfə az), məzənnə fərqindən zərəri 23 min manat (3 dəfə az), digər xərcləri 76 min manat (5 dəfə az), mənfəət vergisi ödəmələri 103 min manat (32,2% az), mənfəət vergisindən başqa digər vergi ödəmələri 847 min manat (4,2% artım) və sığorta haqqı ödəmələri isə 826 min manat (16% artım) təşkil edib.
2021-ci il yanvarın 1-nə “Port of Baku”nun aktivləri 93.77 mln. manat olub. Bu da 2019-cu illə müqayisədə 3.5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 40% artaraq 6.43 mln. manata, balans kapitalı isə 1.5% artaraq 87,341 mln. manata çatıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb.
Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.