7 C
Baku
Thursday, December 12, 2024

Bakı meriyasının “törəməsi” “TFM-Smart Project”ə yarım milyon manatdan çox sifariş verdi

Bakı Şəhərİcra Hakimiyyəti yanında “Bakı Şəhər ƏsaslıTikinti və Təmir” MMC “TFM-Smart Project” MMC ilə 2 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 2 müqavilənin dəyəri 520 088 manat təşkil edir.

1-ci müqavilədə Bakı şəhəri ərazisində paytaxt üzrə dövlət mənzil fonduna aid binaların təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması, 2-ci müqavilədə isə şirkət səki, həyət, park və bağların yenidən qurulması, təmiri və yaşıllaşdırılması işlərinin layihə-smeta sənədlərini hazırlamağı nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər