“Bakı Metropoliteni” QSC “İ.M.S. Engineering LTD” MMC ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı Metropoliteninin III yeni (“Bənövşəyi”) xəttinə aid “Xocəsən” elektrik deposunun müxtəlif obyektlərində idarəetmə panellərinin alınıb quraşdırılması işlərinın satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 659 096 manatdır.