“Bakı metropoliteni”nə bir sərnişin daşınması 47 qəpiyə başa gəlir.
Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, bu qiymət MDB ölkələrində ən aşağı rəqəmdi: “Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpikdir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz qiymət bizdədir”.