“Bakı Metropoliteni” QSC-də kabel xətlərinin yenilənməsi üzrə satınalma həyata keçiriləcək.
Banker.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində istismar müddətini başa vurmuş orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montajı ilə bağlı satınalma prosesi aparılıb.
Layihə çərçivəsində işlərin icrası “Bakelektro” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub.
Müqavilənin dəyəri 3 milyon 951 min manat təşkil edir.








