2024-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib.
Banker.az bu barədə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Qeyd edək ki, hazırda metro ilə bir gedişin qiyməti 50 qəpik təşkil edir.
O da əlavə edilir ki, nizamnamə kapitalının artırılması üçün “Azərkosmos” ASC, 75 milyon manat, “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətinə maliyyə yardımının göstərilməsi üçün (Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə olan uçuşlarla bağlı zərərin qarşılanması) 5 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və bir sıra islahatlarla bağlı xərclər üçün 146.8 milyon manat vəsait istifadə olunub.