10 C
Baku
Saturday, November 23, 2024

“Bakı Metropoliteni”nə cərimə protokolu yazıldı

“Bakı Metropoliteni” QSC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Babək Pənahovdur.

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə – inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər