26 C
Baku
Saturday, July 27, 2024

“Bakı Metropoliteni”ndən 3 şirkətə 37 milyon manatlıq sifariş

“Bakı Metropoliteni” QSC 3 şirkətlə təxmini 37 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, qalib şirkətlər “Nimex” MMC, “Almetcon” MMC və “Metprof” MMC-dir.

“Nimex” MMC ilə bağlanmış müqavilədə “Bakı Metropoliteni” QSC-in “Xocəsən” elektrik deposunda inşa edilmiş tikililərdə xüsusi alümininm təbəqədən asma tavanın, alüminium profildən pəncərənin, alüminium qapıların və taxta qapıların hazırlanıb quraşdırılması nəzərdə tutulur. Müqavilənin dəyəri 5 355 312 manatdır.

“Almetcon” MMC ilə bağlanmış müqavilədə isə Bakı Metropoliteni” QSC-nin 8 saylı ventilyasiya şaxtasının kompozit material ilə üzlənməsi işlərinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin dəyəri isə 4 326 461 manatdır.

“Metprof” MMC ilə bağlanmış 27 milyonluq müqavilə isə “Bakı Metropoliteni” QSC-nin müxtəlif obyektlərində sendviç panel tərkibli poleritan materialdan polimer örtüklü xüsusi konstruksiyalı mühafizə qapı və darvazalarının hazırlanıb quraşdırılması işlərinin satın alınmasından ibarətdir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər