1 C
Baku
Monday, February 24, 2025

“Bakı Metropoliteni”ndə yeni departament yaradıldı – rəis təyin edildi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti ləğv edilib.

Bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

QSC-nin sədrinin müvafiq əmri ilə sözügedən qurum iki yerə ayrılıb. Yerində “Bakı Metropoliteni” QSC-nin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentləri yaradılıb.

Vüsal Aslanovun əmri ilə Zamiq Quliyev sözügedən departamentə rəis təyin olunub.

Qeyd edək ki, sabiq QSC rəisi Zaur Hüseynovun müvafiq əmri ilə Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti yaradılmışdı. Sözügedən xidmətin rəisi İnam Əzimov idi.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər