“Bakı Metropoliteni” QSC-nin Strateji inkişaf departamentinə yeni rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifəyə Nərgiz Mustafayeva təyinat alıb.
O, 2019-cu ildən Orta Şərq, Afrika, Asiya və Avstraliya üzrə Agility (Çeviklik) departamentinin regional rəhbəri vəzifəsində olub.
Nərgiz Mustafayeva 2000-2006-cı illərə Bakı Dövlət Universitetində coğrafiya üzrə bakalavr dərəcəsi alıb. Oksford Universitetində (Saïd Biznes Məktəbi) Strateji İcraçı İdarəetmə Proqramı üzrə təhsil alır.