“Bakı Metropoliteni” QSC-nin Daxili audit departamentinə yeni rəis təyin edilib.
Banker.az xəbər verir ki, yeni təyin edilən departament rəisi Tural Talıblıdır.
O, 2023-cü ilin sentyabr ayından bu təyinata qədər “Azərbaycan İnvestisiya Holdinqi”nin Daxili audit şöbəsinin müdiri olub.
Tural Talıblı “Azerconnect” MMC-də Daxili audit meneceri, Baş korporativ auditor, “Deloitte Azərbaycan”da isə audit üzrə köməkçi kimi çalışıb.
O, 2009 – 2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Biznesin idarə edilməsi və menecmenti üzrə bakalavr dərəcəsinə yiyələnib.