8 C
Baku
Wednesday, January 8, 2025

“Bakı Metropoliteni”ndən gediş haqlarının artırılması ilə bağlı açıqlama

15:50

“Bakı metropolitenində gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaydığı növbəti açıqlamada bildirilib.

Qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil:

“Bildirmək istəyirik ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.

Həmçinin qeyd olunmalıdır ki, “Bakı Metropoliteni” QSC metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda Bakı metropoliteni sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir.

İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq”, – deyə açıqlamada əlavə olunub.

***

14:10

“Bakı Metropoliteni” QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı açıqlamada bildirilib.

“Metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb” – deyə QSC vurğulayıb.

Qeyd edək ki, bu gün mediada metroda gedişhaqqının 55 qəpik olacağı ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, sonuncu dəfə ötən il iyunun 30-da ictimai nəqliyyatda, o cümlədən metroda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər 40 qəpikdən 50 qəpiyə qaldırılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər