3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“Bakı Metropoliteni”nin dövlətə 10 milyon manat vergi borcu var

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 10 noyabr 2020-ci il tarixinə qədər 9 milyon 233 min 487 manat vergi borcu var idi. Hal-hazırda isə “Bakı Metropoliteni” QSC-nin vergi borcu 10 milyon 375 min 362 manat təşkil edir.

Qeyd edək ki, bu borclar barədə son məlumat 4 may 2021-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.

Son xəbərlər
Oxşar xəbərlər