13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“Bakı Metropoliteni”nin dövlətə vergi borcu 13 milyon manata yaxınlaşdı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 09.11.2021-ci il tarixinə qədər vergi borcu 12 974 333 manatdır. 4 may 2021-ci il tarixinə qədər “Bakı Metropoliteni” QSC-nin vergi borcu 12 milyon 19 min 438 manat təşkil edirdi.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.

Son xəbərlər
Oxşar xəbərlər
X