13 C
Baku
Friday, November 22, 2024

“Bakı Metropoliteni”nin yığılmış zərəri yarım milyardı vurub keçir – 565 mln. manat!

Bakıda metro xidmətini həyyata keçirən “Bakı Metropoliteni” QSC yenidən böyük zərər etməli olub.

Banker.az bu barədə metropolitenin 2020-ci il üzrə təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə səhmdar cəmiyyətin sərnişindaşımadan gəlirləri 21.62 milyon manat (illik müqayisə: -68.6%), dövlət büdcəsindən aldığı subsidya 67.68 milyon manat (+37%), sair əməliyyat gəlirləri 3.53 milyon manat (-38.1%), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4.93 milyon manat (-22.8%), istifadə etdiyi neft məhsullarının dəyəri 0.68 mln. manat (+9.3%), istifadə etdiyi elektrik enerjisinin dəyəri 6.63 milyon manat (-40.9%), istifadə etdiyi qazın dəyəri 0.17 mln. manat (-2.3%), istifadə etdiyi suyun dəyəri 4.16 milyon manat (+0.8%), işçi heyəti üzrə xərcləri 44.66 milyon manat (-3.1%), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 103.41 milyon manat (+7.9%) olmuşdur.

Beləliklə, “Bakı Metropoliten” QSC-nin tam fəaliyyət göstərə bilmədiyi 2020-ci il ərzində 83.54 milyon manat həcmində zərər etmişdir. Bu zərərdən sonra balansındakı yığılmış zərərin həcmi 565.24 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər