13 C
Baku
Friday, November 22, 2024

Bakı metrosu ilə sərnişindaşıma 8%-ə yaxın artıb

Bu ilin aprel ayında Bakı metropoliteni ilə 20 milyon 510 min 190 sərnişin daşınıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd edilib ki, ötən ilin aprel ayı ilə müqayisədə sərnişin sayında artım 7,6 % təşkil edib. Orta statistik hesabla metropolitendən gün ərzində 683 min 673 sərnişin istifadə edib. Müvafiq güzəştli imtiyaza malik olaraq, metropolitendən ödənişsiz əsaslarla istifadə edənlərin sayı 537 min 988 sərnişin olub.

Ay ərzində metropolitenə ən çox sərnişin aprelin 16-sı (810 min 689), ən az 7-si (395 min 658) daxil olub.

2024-cü ilin dördüncü ayının 10 qeyri-iş günündə metropolitendən 4 milyon 818 min 724 və yaxud orta hesabla gündəlik 481 min 872 sərnişin istifadə edib. Bu, ay ərzində daşınan bütün sərnişinlərin 23,49 %-i deməkdir. Aprel ayının 20 iş günündə metropolitendən 15 milyon 691 min 466 sərnişin istifadə edib ki, bu da bütün sərnişinlərin 76,51 %-idir. İş günlərində orta statistik hesabla 784 min 573 sərnişinə daşıma xidməti göstərilib.

Ümumiyyətlə, pandemiyadan əvvəlki ən çox sərnişin daşınan 2019-cu ilə nəzərən 2024-cü ilin aprelindən 4,6 % az, 2022-ci ilin eyni dövründən isə 14,6 %-dən çox sərnişin daşınıb. 2024-cü ildə 2019-cu ilin dörd aylıq dövrü ilə müqayisədə % az, 2022-ci və 2023-cü illərin həmin aylarına nəzərən, müvafiq olaraq, 16,5 % və 3,2 % çox sərnişin metropolitendən istifadə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər