25 C
Baku
Saturday, July 27, 2024

Bakı metrosu ötən il 202 gün işləməyib

“Yeni növ koronavirus (“COVID-19”) pandemiyasının ən böyük zərbə vurduğu sahələr arasında nəqliyyat, ələlxüsus da Bakı metropoliteni də var. Paytaxtın yeraltı polad magistralı tarixində ilk dəfə sərnişinsiz, qatarsız günlər yaşadı, stansiyalarımız insan nəfəsinə həsrət qaldı”.

Bu barədə Bakı metropolitenindən ötən illə bağlı hesabatda bildirlib.

“Metropoliten yola saldığımız ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb.

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti il ərzində bir neçə dəfə dayandırılıb. Ümumiyyətlə, ilk dəfə, metropoliten mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.

Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib”.

Qeyd edilib ki, il ərzində stansiyaların sanitar-gigiyena vəziyyətinin normada saxlanılmasına ciddi nəzarət edilib, qənaətbəxş sanitar vəziyyət yaradılıb. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsi planlı müntəzəm yoxlamalarla yanaşı, 73 qəfil reyd keçirərək, sahələrdə əmək şəraiti, sanitar-gigiyenik və digər mövcud qaydalara riayət olunmasına xüsusi diqqət yetirməklə sərnişinlərə nümünəvi xidmətdə əhəmiyyətli rol oynayıb.

Hesabatda o da bildirilib ki, “Bakı Metropoliteni” QSC-nin çoxminlik kollektivi üçün inşasının əsas mərhələləri yekunlaşmış Bənövşəyi xəttin 3-cü stansiyasına dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adının verilməsi qürurverici olub.

Son xəbərlər
Digər xəbərlər