Bakı metrosu üçün gətirlən yeni qatarın üstünlüyü: hər vaqonda mühərrik var

0
Yeni vaqonlar

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 yeni qatarın bir sıra üstünlükləri var.

Banker.az xəbər verir ki, bu barədə metronun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, qatarı formalaşdıran 5 vaqonun hər birinin ayrıca mühərriki var: “Adətən metro qatarlarında 2 mühərrik olur ki, onlar da baş vaqonlara quraşdırılır. Amma metronun yolları enişli-yoxuşlu olduğu üçün sifarişimizlə hər vaqona mühərrik qoyulub”.

Bundan başqa, B.Məmmədov deyib ki, yeni qatarlarda kondisioner sisteminə xüsusi diqqət yetirilib: “Tələbimizə uyğun olaraq, vaqonlardakı kondisionerlər mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Bu isə onlardan daima istifadə etməyə imkan verir. Bu kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək”.