12 C
Baku
Sunday, October 27, 2024

Bakı metrosu yanvarın 31-dək işləməyəcək

“Bakı Metropoliteni” QSC-də sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 31 yanvar saat 06:00-a qədər uzadılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir.

Qərarda həmçinin deyilir ki, 31 yanvar saat 06:00-a qədər bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Son xəbərlər
Digər xəbərlər