Bakı metrosuna 4 yeni qatar gətirildi – Foto

Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar Bakıya yola salınıb.

Banker.az xəbər verir ki, Paytaxta gətiriləcək qatarlar “Nərimanov” elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.

Yeni qatarların baş vaqonlarında hərəkət məhdudiyyəti olan sərnişinlər, uşaq arabaları və velosipedlər üçün ayrıca yerlər olacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.