2 C
Baku
Tuesday, January 20, 2026

Bakı metrosunda interval azaldılacaq? – Rəsmi

İntervalın endirilməsi texniki prosesə çevrilib. Hazırda ən minimum intervalla hərəkətə keçirilib.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“İçərişəhər dönmə kamerası da məhz intervalların azaldılmasına xidmət göstərəcək. Yaxın gələcəkdə bununla bağlı çox əhəmiyyətli işlərə başlanılacaq”.

Metropoliten rəsmisi bu il ərzində icra ediləcək layihələrin gedişat prosesi haqqında da məlumat verib:

“Bu il ərzində “Xətlərin ayrılması” layihəsi üzrə prinsipial işlərə başlanacaq. Növbəti il ərzində xətlərin fiziki olaraq tam ayrılması nəzərdə tutulur. Həmçinin, bu il ərzində iki elektrik yarımstansiyasının inşasına başlanılması planlaşdırılır”, – deyə o əlavə edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər