24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Bakı metrosunda problem yaranıb, sərnişinlər tuneldə qalıb

Screen Shot 2021 09 02 at 14.34.20

“Bakı Metropoliteni” QSC-də qatarların hərəkətində problem yaranıb.

“Həzi Aslanov” – “Dərnəgül” xəttində – “28 may” və “Nizami” stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.

Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.

Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.

“Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”, – deyə o, qeyd edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər