12 C
Baku
Thursday, March 28, 2024

Metropoliten rəsmisi qiymət artımı ilə bağlı açıqlama verib

“Yaxın vaxtlarda “Bakı Metropoliteni” QSC-də qiymət artımı gözlənilmir”. 

Report agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühədisi Əlixan Osmanov deyib.

“Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir”, – deyə o, qeyd edib. 

Metropoliten rəsmisi gələcəkdə metroda diferensial tarif sisteminə keçə biləcəklərini də deyib: “Bu gün “Bakı Metropoliteni” uzaqmənzilli deyil. Nəzərdə tutduğumu 76 stansiyamın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir”. 

Son xəbərlər
Digər xəbərlər