9 C
Baku
Friday, March 13, 2026

Bakı metrosunda yeni stansiyaların tikintisinə 191 mln. manat xərclənib

Ötən il “Bakı Metropoliteni” QSC-yə cəmi 318430,0 min manat, o cümlədən istismar müddətini başa vurmuş vaqon parkının yenilənməsi məqsədilə 65 ədəd yeni nəsil vaqonun alınması üçün 72430,0 min manat vəsait ayrılıb.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bu vəsaitin 1014,7 min manatı 65 vaqon üçün komplektləşdirici dəstlərin, 71415,3 min manatı isə 30 ədəd vaqonun alınması istiqamətində xərclənmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 iyun tarixli 626 nömrəli Sərəncamı ilə Qırmızı xəttin “İçərişəhər” stansiyasının arxa hissəsində dönmə qurğusunun layihələndirilməsi və tikintisi üçün 1200,0 min manat vəsait ayrılıb.

Hesabat ilində Metropolitenə 244,8 mln. manat ssuda vəsaiti ayrılıb və bu vəsaitin 190,4 mln. manatı əsaslı tikintiyə, 54,4 mln. manatı isə istismar fəaliyyəti üzrə işlərin yerinə yetirilməsinə yönəldilib.

Əsaslı tikinti üçün ayrılmış 190,4 mln. manat vəsait Bənövşəyi xəttin “8 Noyabr” (B-3)-B-4 stansiyalararası mənzil tunellərinin, “B-4” stansiyasının tikintisi layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinin davam etdirilməsinə, “B-4-B-8” stansiyalararası mənzil tunellərinin və “B-5”, “B-6”, “B-7”, “B-8” stansiyalarının layihələndirilməsi və tikintisinə, “Xocəsən” elektrik deposunun tikintisi layihəsi çərçivəsində memarlıq-tamamlama işlərinə, Yaşıl xəttin “Xətai-Y-20” (Yeni Günəşli) sahəsinin və “Dərnəgül” elektrik deposunun tikintisi layihəsi çərçivəsində layihələndirmə, obyektin saxlanma və mühafizə işlərinə, “28 May” stansiyasının yenidən qurulması (mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması) layihəsinin hazırlanmasına və tikintisinə, Qırmızı xəttin “İçərişəhər” stansiyasının arxasında dönmə qurğusunun layihələndirilməsi və tikintisinə sərf olunub.

Hesabat dövründə əsas vəsaitlərin satınalınmasına 10,0 mln. manat vəsait yönəldilmiş və bu vəsaitin 9864,1 min manatından istifadə edilmişdir. Həmçinin “Həzi Aslanov” stansiyasının əsaslı təmirinin başa çatdırılması məqsədilə 20,8 mln. manat vəsait ayrılıb.

İstismar fəaliyyəti üçün nəzərdə tutulmuş 54,40 mln. manat vəsaitin 20,0 mln. manatı DA-11 (“Xalqlar Dostluğu” stansiyası), D-1 (“28 May” vağzal), “Nəriman Nərimanov”, “Ulduz”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında görülən iri həcmli işlərə yönəldilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər