Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2% artaraq 213,9 milyon nəfər olub. Ötən ilin müvafiq dövründə isə Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 209,8 milyon nəfər olub.
Banker.az bu barədə Dövlət Statiktika Komitəsinə istinadən xəbər verir.
Sərnişinlərin 88 faizi avtomobil, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bildirək ki, avtomobil nəqliyyatı ilə 140,2 milyon ton yük, 1636,1 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0 faiz və 2,4 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.