-3 C
Baku
Wednesday, February 28, 2024

Bakı metrosundan yanvarda 490 minə yaxın sərnişin ödənişsiz istifadə edib

2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 min 761 nəfərini ödənişsiz istifadəçilər təşkil edib.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 milyon 252 min 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 min 538 sərnişin deməkdir.

Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 min 779. Yanvarın 14-ü metropolitenə ən az sərnişin daxil olan gündür – 351 min 455.

Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə (7,1 % az), keçən ilin yanvar ayına nisbətən (0,3 % az) metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb.

Son xəbərlər
Digər xəbərlər