Bakı metrosunda hərəkət bərpa edilib – Yenilənib

Bakı metrosunda hərəkət bərpa edilib.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, saat 17:44-də sözügedən üç stansiyada – “Xalqlar Dostluğu”, “Həzi Aslanov” və “Elmlər Akademiyası” elektrik enerjisinin dayanıqlığı bərpa olunub.

Sərnişinlərin stansiyaya giriş-çıxışına icazə verilib.


Saat: 16:47

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem “Bakı Metropoliteni” QSC-nin fəaliyyətində çətinliklər yaradıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb: “Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb”.

©Report