Sentyabrın 6-dan oktyabrın 1-dək Bakı metrosunun “Bənövşəyi” xəttinin stansiyaları girişə saat 23:30-da bağlanacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Qeyd olunub ki, “Bənövşəyi” xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır: “Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq”.