10 C
Baku
Friday, December 13, 2024

Bakı metrosunun dəmir yolları yeni ultrasəs cihazları ilə yoxlanılacaq

Bakı metrosunun dəmir yollarının diaqnostikası yeni ultrasəs cihazları ilə yoxlanılacaq.

“Bakı metropoliteni” QSC-dən verilən məlumata görə, müəssisə tərəfindən 5 ədəd “Avikon-31” aparatı alınıb.

Diaqnostika işləri ay ərzində iki dəfə aparılır. Ultrasəs müayinəsi aparatlarından fərqli olaraq, bütün metropoliten infrastrukturunu müxtəlif parametrlər üzrə yoxlayan diaqnostika qatarı real sərnişindaşıma prosesi zamanı relslərə düşən yükü də nəzərə almaqla, yolların vəziyyətini qiymətləndirir.

Yoxlamalar sayəsində metronun dəmiryol şəbəkəsinin təhlükəsizliyi təmin edilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər