14 C
Baku
Thursday, March 28, 2024

Bakı-Minsk-Bakı aviareysi bərpa edilib

Belarusun “Belavia” aviaşirkəti Azərbaycana müntəzəm uçuşları bərpa edib.

Bu barədə Belarus Nəqliyyat Nazirliyinin teleqram kanalında məlumat verilib.

Bildirilir ki, uçuşlar hər gün yerinə yetiriləcək. Təyyarə Minskdən saat 23:00-da yola düşəcək, Bakıya isə saat 03:55-də (hər iki halda yerli vaxtla) enəcək. Uçuş müddəti təxminən 4 saatdır.

Bakıdan Minskə uçuş yerli vaxtla saat 04:55-də olacaq. Təyyarə saat 08:05-də Minsk Milli Hava Limanına enəcək. Uçuş 4 saat 10 dəqiqə çəkəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər