“Bakı Modern Məktəbi” ləğv olunur

0

“Bakı Modern Məktəbi” ləğv olunduğunu elan edir.

 Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 28 ünvanına bildirə bilərlər. Elan 20 Fevral 2019-cu il tarixində dərc edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Həmçinin onu da qeyd edək ki, 2017-ci ilin Oktyabr ayında da “Vergilər” qəzetinin xüsusi buraxılışında “Bakı Modern Məktəbi” MMC-nin ləğv olunması  ilə bağlı məlumat dərc olunmuşdu. Məlumatda qeyd edilirdi ki, kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhəri, N. Nərimanov, Əliyar Əliyev 218 ünvanına bildirə bilərlər.

Həmin vaxt özəl təhsil müəssisəsinin qəbul şöbəsi üzrə baş koordinatoru Ülviyyə Abbasova mətbuata açıqlamasında məktəbin sadəcə adının dəyişdirildiyini və başqa adla fəaliyyətini davam etdirdiyini bildirmişdi.

“Məktəbin ləğv edilməsi ilə bağlı deyilənlər doğru deyil. Əvvəllər məktəbin adı “Bakı Modern Məktəbi” olsa da,  artıq ad dəyişdirilib, yəni “Bakı Modern Məktəbi” adı ilə deyil, “Bakı Müasir Təhsil Kompleksi” adı ilə fəaliyyət göstəririk. Burada məktəbin ləğv edilməsindən söhbət gedə bilməz. Şagirdlərimiz yerindədir və heç bir narahatçılıq yoxdur. Dediyim kimi sadəcə ad dəyişdirilib”.