5 C
Baku
Friday, March 29, 2024

Bakı Mühəndislik Universitetində yeni təyinat

Bakı Mühəndislik Universitetində yeni təyinat olub. Belə ki, bu gündən Yavər Məmmədov Bakı Mühəndislik Universitetinin audit komitəsinin işinə rəhbərlik edəcək.

Yavər Məmmədov 1997-ci ildən Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu iş yeri Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin maliyyə şöbəsinin müdiri vəzifəsi olub.

Xatırladaq ki, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs Azərbaycan Respublikası prezidentinin 2016-cı il 8 noyabr tarixli, 2429 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər