24 C
Baku
Wednesday, May 22, 2024

Bakı Nəqliyyat Agentliyi 8 müntəzəm marşrut xətti üzrə müsabiqə elan edib

Daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 8 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.

Banker.az xəbər verir ki, Müsabiqəyə çıxarılan 41, 108A, 114A, 114B, 123, 138, 145 və 146 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər