15 C
Baku
Friday, March 29, 2024

Bakı Nəqliyyat Agentliyi 4 aylıq şirkətlə 2.12 mln. manatlıq müqaviləyə imza atıb

Publik hüquqi şəxs olan Bakı Nəqliyyat Agentliyi “Alpina Parking Consulting” MMC ilə 2.12 mln. manatlıq müqavilə imzalayıb.

“Alpina Parking Consulting” cari ilin fevralında dövlət qeydiyyatına alınıb.

Müqaviləyə, Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidmətinin satın alınması daxil edilib.

  • Yoldan kənar parklanma yerlərinin öyrənilməsi və bazarın təhlili;
  • Yoldan kənar parklanma yerlərinin seçilməsi (site selection);
  • Yol kənarı parklanma yerləri üzrə strategiya və siyasətlərin hazırlanması;
  • Yoldan kənar parklanma yerlərinə olan tələb və təklifin öyrənilməsi, sorğuların keçirilməsi;
  • Yoldan kənar parklanma yerləri üçün tarif strukturunun və ödəniş kanallarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi;
  • Yoldan kənar parklanma yerlərinin gəlirliliyinin təmin edilməsi üzrə və maliyyə resurlarının səmərəli istifadəsi, habelə investisiyaların cəlb olunması üzrə məsləhətlər;
  • Mövcud parklanma qarajlarının inkişaf konsepsiyalarının hazırlanması;
  • Sakinlər üçün yoldan kənar parklanma yerlərinin təşkili üzrə təkliflər və strategiyaların hazırlanması;
  • Yoldan kənar parklanma yerlərinin intellektual idarəetmə sisteminə inteqrasiya məsələləri üzrə məsləhətlər;
  • Yoldan kənar parklanma yerlərinin idarəolunması üzrə təlimatların və texniki tərtibatlarıının hazırlanması;
  • Bakı şəhəri üzrə yoldan kənar parklanma yerlərinin təşkili üzrə Baş Planın və tədbirlər planınını hazırlanması;
  • Yoldan kənar parklanma yerlərinin ekoloji və iqtisadi təsirləri və onların azaldılması üzrə məsləhətlərin verilməsi.

 

Son xəbərlər
Digər xəbərlər