-1 C
Baku
Sunday, December 15, 2024

Bakı Nəqliyyat Agentliyi “Prof-Dez IPM” MMC ilə müqavilə imzalayıb

Bakı Nəqliyyat Agentliyi “Bakı Nəqliyyat Agentliyinə və tabeli qurumları”na məxsus əmlak və inventarların dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması ilə elan etdiyi tenderə yekun vurub.

Banker.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Prof-Dez IPM” MMC-dir.

Qalib şirkətə 478 min 410 manat ödəniləcək.

Qeyd edək ki, “Prof-Dez ”IPM MMC şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ISN/L-275/2016 saylı lisenziyasına əsasən ictimai sağlamlığın qorunması sahəsində dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərini təklif edir.

Son xəbərlər
Digər xəbərlər