15 C
Baku
Saturday, April 20, 2024

Bakı Nəqliyyat Agentliyinin özünü cərimələdilər

Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxsi gömrük bəyamnaməsini təqdim etməməsinə görə bu dəfə özü cərimələnib.

Banker.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edib.

Nərimanov Rayon Məhkəməsində verilən 9 yanvar 2020-ci il tarixli qərardan BNA narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya isə öz növbəsində bu qərarın dəyişdirilmədən saxlanılmasına qərar verib.

Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.

BNA – Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər