6 C
Baku
Sunday, December 15, 2024

Bakı Nəqliyyat Agentliyinin yığılmış zərəri 44 milyonu da ötübmüş

Bakı Nəqliyyat Agentliyinin (BNA) 2018-ci ili 32.16 milyon manat zərərlə başa vurub.

Banker.az BNA-nın maliyyə hesabatına istinadən xəbər verir.

Bununla da, balansındakı yığılmış zərəri 44.182 milyon manata çatıb.

2018-ci ildə BNA cəmi 68 min manat əməliyyat gəliri əldə edib. Agentliyin xərcləri isə 32.22 milyon manat, o cümlədən əmək haqqı və işçilərlə bağlı digər xərcləri 1.66 milyon manat, amortizasiya xərcləri 8.13 milyon manat, əməliyyat xərcləri 16.42 milyon manat, digər xərcləri isə 6.02 milyon manat təşkil edib.

BNA-nın aktivləri 139.7 milyon manat olub ki, bu da illik müayisəddə 2.5 dəfə çoxdur.

Hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri, cəmi kapitalı isə 2,5 dəfə artaraq 139.62 milyon manata çatıb, o cümlədən 49.07 milyon manatlıq nizamnamə kapitalı formalaşıb, ona dövlət xətti ilə qoyulmuş investisiyalar 134.73 milyon manat olub.

BNA “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb, “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” dövlət başçısının 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

Son xəbərlər
Digər xəbərlər