8 C
Baku
Saturday, April 13, 2024

Bakı-Naxçıvan təyyarəsi təcili eniş edib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər