Neft-qaz-mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşdırılmış “Bakı Neft-Mədən Avadanlıqları” ASC 2024-cü ili 263 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 127 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Bakı Neft-Mədən Avadanlıqları” şirkətinin xalis mənfəəti 2 dəfə artıb.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Bakı Neft-Mədən Avadanlıqları”nın əsas əməliyyat gəliri 1 milyon 762 min manatdan 2 milyon 710 min manata çatıb.
Hesabat dövründə şirkətin cəmi aktivləri 2 milyon 327 min manat, cəmi öhdəlikləri 794 min manat, cəmi kapitalı isə 1 milyon 533 min manat olub.