“Bakı Neft Maşınqayırma Zavodu” MMC 2022-ci ili 427 min manat mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 299 min manat olub ki, bu da illik müqayisədə 43% artım deməkdir.
Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Bakı Neft Maşınqayırma Zavodu”nun əsas əməliyyat gəliri 4 milyon 168 min manat (əvvəlki ilə nisbətən 1.8 dəfə artım), inzibati xərcləri 543 min manat, digər xərcləri 142 min manat, maliyyə xərcləri isə 50 min manat olub.
Hesabat dövründə zavodun cəmi öhdəlikləri 1 milyon 478 min manatdan 1 milyon 44 min manata, cəmi kapitalı 17 milyon 832 min manatdan 17 milyon 24 min manata düşüb.
2010-cu il tarixdə “Səttərxan adına Maşınqayırma Zavodu”, “Bakı Maşınqayırma Zavodu”, “28 May adına Maşınqayırma Zavodu” və “Bakı Neft-Mədən Maşınqayırma Zavodu” TASC-lərinin birləşməsi nəticəsində müasir avadanlıqlarla təchis olunmuş yeni “Bakı Neft Maşınqayırma Zavodu” MMC yaradılıb.