3 C
Baku
Saturday, December 14, 2024

Bakı neftinin qiyməti yenə qalxdı

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 82,49 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar bahalaşaraq 86,22 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,79 dollar bahalaşaraq 88,88 dollar təşkil edib.

Azərtac

Son xəbərlər
Digər xəbərlər