4 C
Baku
Tuesday, December 24, 2024

Bakı Oksford Məktəbi müsadirə olunub

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş 70 milyonluq əmlaklar müsadirə olunub.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.

Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə , yalan sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər