2020-ci ildə Bakı Olimpiya stadionunda bir sıra dəyişikliklər olacaq.
Banker.az bu barədə Offsideplus.az-a istinadən xəbər verir.
Məlumata görə, yanvar ayından etibarən stadion SOCAR-ın nəzarətinə veriləcək. Ən əsas dəyişiklərdən biri isə stadionun adı ilə bağlı olacaq. Yenilənmədən sonra stadion “SOCAR ARENA” adlandırılacaq. Mənbənin məlumatına görə, bu, Avropa Çempionatı başa çatdıqdan sonra baş tutacaq.