9 C
Baku
Monday, November 18, 2024

“Bakı Ovuntu Metallurgiya” gəlirlərini və mənfəətini açıqladı

“Bakı Ovuntu Metallurgiya” ASC 2023-cü ili 2900 manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 1 694 manat olub ki, bu da illik müqayisədə 71% artımdır.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Bakı Ovuntu Metallurgiya”nın əsas əməliyyat gəlirləri 198 min manat (əvvəlki ilə nisbətən 3% çox), satışın maya dəyəri 171 min manat ( 0.6% az) təşkil edib.

Hesabat dövründə ASC-nin cəmi aktivləri 309 min manatdan 294 min manata, cəmi öhdəlikləri 274 min manatdan 243 min manata düşüb, cəmi kapitalı isə 35 min manatdan 50 min manata çatıb.

Xatırladaq ki,  “Bakı Ovuntu Metallurgiya” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 480 610 manatdır və qanuni təmsilçisi Tofiq Rüstəmovdur.

Son xəbərlər
Digər xəbərlər