“Bakı Pivə” ASC 2022-ci ili 294 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ildə 288 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 2% artım deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Bakı Pivə” ASC-nin əməliyyat gəlirləri 494 min manat (əvvəlki ilə nisbətən 0.4% azalma), əməliyyat xərcləri isə 130 min manat (6.5% az) təşkil edib.
Bu ilin yanvar ayının 1-nə “Bakı Pivə”nin cəmi aktivləri 3 milyon 275 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 12% çoxdur.
Keçmiş Xırdalan Pivə Zavodu olan “Bakı-Pivə” ASC-nin əmlakı “Carlsberg Azerbaijan” MMC-nin ( əvvəlki “Baltika Bakı” MMC) icarəsindədir. Pivə istehsalı və satışı ilə “Carlsberg Azerbaijan” şirkəti məşğul olur.