“Bakı Polad Burazlar” ASC (BPB) 2019-cu ildə xalis mənfəətlə bitirsə də,ıncəki ildən bir qədər az olub.
Banker.az xəbər verir ki, bu barədə ASC-yə kənar audit kimi cəlb edilmiş “Zaman-Audit” MMC-nin hesabatında deyilir.
BPB-nin əsas maliyyə gəlirləri 859 min manat (illik müqayisə: +7%) , malın maya dəyəri isə 441 min manat (+74%) təşkil edib ki, nəticədə ümumi mənfəəti 417 min manat olub. Ümumi mənfəət 2018-ci ildə 551 min manat idi.
BPB-nin inzibati xərcləri 36% artaraq 281 min manat, “digər” xərcləri isə ikiqat artmaqla 487 min manat olub. Nəticədə xalis mənfəəti 89 min manat olub, bu 2018-ci ildə 99 min manat idi.