12 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

“Bakı pryaniki” istehsal edən müəssisə bağlandı

faizlere

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sosial şəbəkə hesablarında “Bakı pryaniki” əmtəə nişanlı məhsulun kiflənməsi, içərisində kənar cisimlərin olması ilə bağlı yayılan məlumat əsasında dərhal araşdırmalara başlanılıb.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Həmçinin müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, vaxtlı-vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər