Bakı şəhəri 515 bal toplayaraq Qlobal Maliyyə Mərkəzləri İndeksində (Global Financial Centres Index – GFCI) 107-ci yeri tutub.
Bu barədə müvafiq hesabata istinadən xəbər verilir.
Sənədə əsasən, ilk yer ötən il olduğu kimi bu il də ABŞ-ın Nyu-York şəhərinə məxsusdur. Növbəti yerlərdə isə Böyük Britaniyanın paytaxtı London və Çinin Şanxay şəhəri qərarlaşıb.